“Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min imza” petisiyası artıq 50 min imza toplayıb

“Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min imza” petisiyası artıq 50 min imza toplayıb Petisiya 2 həftə ərzində 50 min imza toplayıb
Qarabağ
12 Fevral , 2015 22:05
“Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min imza” petisiyası artıq 50 min imza toplayıb

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun nəzdində yaradılan İşçi Qrupun üzvləri ilə görüşüb.

Şuranın mətbuat xidmətindən "Report"a bildiriblər ki, Xocalı soyqırımının ildönümü ərəfəsində keçirilən görüşdə İşçi Qrup tərəfindən BMT Təhlükəsizlik Şurasına müraciət üçün yaradılan “Sarkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası ilə bağlı müzakirələr aparılıb, görülən işlərlə bağlı hesabat dinlənilib.

Görüşdə çıxış edən Şuranın üzvü, İşçi Qrupun rəhbəri, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov petisiyanın imzalanması istiqamətində bu günə kimi görülən işlərdən danışıb. Qeyd edilib ki, 2 həftə ərzində 50 min imza toplanılıb və səsvermə sürətlə davam etdirilir.

Görüşdə petisiyanı imzalayanların sayının yaxın bir həftə ərzində 100 minə çatdırılması üçün yeni iş bölgüsü aparılıb və görüləcək işlərlə bağlı QHT rəhbərlərinin fikir və rəyləri dinlənilib.

Son xəbərlər

Orphus sistemi