Yuxarı

​Sabah Bakıda Minsk qrupu həmsədrlərinin görüşü keçiriləcək

Uorlik: Bizə atəşin dərhal dayandırılması lazımdır

Bakı. 5 aprel. REPORT.AZ/ ATƏT-in Dağlıq Qarabağın nizamlanması üzrə Minsk qrupunun həmsədri, ABŞ səfiri Ceyms Uorlik regionda münaqişənin nizamlanması üzrə danışıqlar üçün regiona gəlir, görüşlər aprelin 6-da Bakıda başlayacaq.

"Report" xəbər verir ki, bu barədə Uorlik öz "twitter" mikrobloqunda yazıb.

"Bizə atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya aparacaq danışıqlar lazımdır. Səhər görüşmək üçün Bakıya gedirəm", — deyə o bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi