​Sabah Bakıda Minsk qrupu həmsədrlərinin görüşü keçiriləcək

​Sabah Bakıda Minsk qrupu həmsədrlərinin görüşü keçiriləcək Uorlik: "Bizə atəşin dərhal dayandırılması lazımdır"
Qarabağ
5 Aprel , 2016 22:06
​Sabah Bakıda Minsk qrupu həmsədrlərinin görüşü keçiriləcək

Bakı. 5 aprel. REPORT.AZ/ ATƏT-in Dağlıq Qarabağın nizamlanması üzrə Minsk qrupunun həmsədri, ABŞ səfiri Ceyms Uorlik regionda münaqişənin nizamlanması üzrə danışıqlar üçün regiona gəlir, görüşlər aprelin 6-da Bakıda başlayacaq.

"Report" xəbər verir ki, bu barədə Uorlik öz "twitter" mikrobloqunda yazıb.

"Bizə atəşin dərhal dayandırılması və hərtərəfli nizamlanmaya aparacaq danışıqlar lazımdır. Səhər görüşmək üçün Bakıya gedirəm", — deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi