Yuxarı
    Bağlamaq

    Rusiya XİN Azərbaycanın işğal olunmuş ərazilərində "referendum" keçirilməsi ilə bağlı bəyanat yayıb

    Rusiya XİN: Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq

    Bakı. 17 fevral. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda qondarma "referendum" keçirilməsi ilə bağlı məlumatla əlaqədar bəyanat yayıb.

    "Report" TASS-a istinadən xəbər verir ki, Rusiya XİN-in mətbuat xidmətinin bəyanatında Moskvanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı qeyd olunub.

    "Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Statusun Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməsinin vacib olduğunu güman edirik", - bəyanatda deyilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi