Rusiya XİN Azərbaycanın işğal olunmuş ərazilərində "referendum" keçirilməsi ilə bağlı bəyanat yayıb

Rusiya XİN Azərbaycanın işğal olunmuş ərazilərində "referendum" keçirilməsi ilə bağlı bəyanat yayıb Rusiya XİN: Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq
Qarabağ
17 Fevral , 2017 11:53
Rusiya XİN Azərbaycanın işğal olunmuş ərazilərində referendum keçirilməsi ilə bağlı bəyanat yayıb

Bakı. 17 fevral. REPORT.AZ/ Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda qondarma "referendum" keçirilməsi ilə bağlı məlumatla əlaqədar bəyanat yayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya XİN-in mətbuat xidmətinin bəyanatında Moskvanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımadığı qeyd olunub.

"Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımırıq. Statusun Minsk prosesi çərçivəsində siyasi danışıqlar yolu ilə müəyyənləşdirilməsinin vacib olduğunu güman edirik", - bəyanatda deyilir.

Son xəbərlər

Orphus sistemi