Yuxarı

​Rusiya prezidentinin mətbuat katibi: "Kreml tərəfləri atəşkəs rejiminə qayıtmağa çağırır"

Dmitri Peskov Rusiyanın hər iki tərəfə silah verməsi məsələsini şərh etməkdən imtina edib

Bakı. 4 aprel. REPORT.AZ/ "Kreml Azərbaycan və Ermənistanı atəşkəs rejiminə qayıtmağa çağırır". "Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin məbuat katibi Dmitri Peskov bildirib.

Mətbuat katibi ölkəsinin beynəlxalq vasitəçilərin xətti ilə Azəbaycan və Ermənistanın atəşkəs rejiminə qayıtması istiqamətində çalışdığını söyləyib.

D.Peskov Rusiyanın hər iki tərəfə silah satması sualını şərh etməkdən isə imtina edib: "Mən bu məsələni indi şərh etmək istəməzdim".

O, Kremlin Dağlıq Qarabağda təmas xəttindəki gərginlikdən narahat olduğunu deyib. Rusiya prezidentinin mətbuat katibi Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında hələlik telefon danışığının olmadığını vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi