Riçard Hoqland: "Aprel döyüşlərinin ildönümünü döyüş meydanında deyil, danışıqlar masası arxasında qeyd etmək lazımdır"

Riçard Hoqland: "Aprel döyüşlərinin ildönümünü döyüş meydanında deyil, danışıqlar masası arxasında qeyd etmək lazımdır" Həmsədrlər Yerevana səfər edəndən sonra birgə bəyanatla çıxış edəcəklər
Qarabağ
11 Mart , 2017 14:56
Riçard Hoqland: Aprel döyüşlərinin ildönümünü döyüş meydanında deyil, danışıqlar masası arxasında qeyd etmək lazımdır
Report.az

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün səhər ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla əhəmiyyətli danışıqlar aparıblar. 

“Report” xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland bildirib. Onun sözlərinə görə, görüşdə münaqişə tərəflərinin danışıqlar masası arxasına keçməsinin vacibliyi vurğulanıb: "Qeyd olunub ki, aprel döyüşlərinin il dönümünü döyüş meydanında deyil, danışıqlar masası arxasında qeyd etmək lazımdır. Bildirildi ki, münaqişənin hərbi həlli mövcud deyil. Eyni ismarıcı biz Yerevanda rəsmi şəxslərə də çatdıracağıq" . 

O qeyd edib ki, həmsədrlər Yerevana səfər edəndən sonra birgə bəyanatla çıxış edəcəklər.

Son xəbərlər

Orphus sistemi