Yuxarı
    Bağlamaq

    Rusiya XİN Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili barədə məlumatları şərh edib

    Rusiyanın Xarici İşlər Nazirliyi jurnalistləri rəsmi məlumatlara istinad etməyə çağırıb

    Bakı. 20 iyul. REPORT.AZ / "Rusiya tərəfinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil etməsi barədə məlumatlar həqiqətə uyğun deyil."

    "Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

    "Biz yazılanların ("İzvestiya" qəzetində - red.) faktiki səhv olduğunu qeyd etmək istərdik. Orada Rusiya XİN-dəki mənbələrə istinadən məlumat verilir ki, Avstriyanın Mauerbax şəhərində xarici işlər nazirlərinin qeyri-formal görüşündə XİN başçısı Sergey Lavrovun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə danışıqlarda Moskvada iki ölkənin prezidentlərinin görüşünü təşkil olunması təklif edilib. Bu məlumat qeyri-dəqiqdir, çünki bütün nazirlər Avstriyada olmayıb. Həmin gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Brüsseldə görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə gələcək işlər, o cümlədən Ermənistan-Azərbaycan sammitinin keçirilməsi imkanları müzakirə olunub. Görüş yeri müzakirə olunmayıb", - bunu jurnalistlərin sualını şərh edərkən Rusiyanın xarici siyasət qurumundan bildiriblər.

    Rusiya XİN jurnalistləri bu məsələnin incə olmasını nəzərə alaraq şübhəli mənbələrə yox, rəsmi məlumatlara istinad etməyə çağırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi