Rafael Hüseynov: "Ermənilər işğal etdikləri ərazilərdə əkdikləri narkotikləri yığdıqdan sonra əraziləri yandırırlar"

Rafael Hüseynov: "Ermənilər işğal etdikləri ərazilərdə əkdikləri narkotikləri yığdıqdan sonra əraziləri yandırırlar" AŞPA-nın sessiyasında Ermənistanın terrorçuluğu dəstəkləməsi ilə bağlı məsələ qaldırılıb
Qarabağ
30 İyun , 2017 13:52
Rafael Hüseynov: Ermənilər işğal etdikləri ərazilərdə əkdikləri narkotikləri yığdıqdan sonra əraziləri yandırırlar

Strasburq. 30 iyun. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının son iş günündə həftənin əvvəlində başlanmış sərbəst müzakirələr davam etdirilib. 

"Report"un Fransa bürosunun məlumatına görə, sərbəst müzakirələrdə adətən deputatlara ayrılmış vaxt çərçivəsində sessiyanın gündəliyində əksini tapmayan, amma aktuallıq kəsb edən məslələrlə bağlı fikirlərini ifadə etmək imkanı yaradılır. 

Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək ciddi bir problemə toxunub: “Son illərdə ənənəvi olaraq təkrarlanan xoşagəlməz hadisə bu yay da baş verdi və qətiyyən lokal mahiyyət daşımayan bu son dərəcə ciddi hadisəyə beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin ciddi reaksiya verməsinə ehtiyac var. Çünki nəticə etibarı ilə hamımız üçün təhlükə olan beynəlxalq terrorizmdən, narkotiklərin geniş miqyasda becərilməsi və beynəlxalq nəzarətdən tam kənar bir şəkildə dövriyyəsindən söhbət gedir".

R.Hüseynov deyib ki, haqqında bəhs etmək istədiyi hadisə son 25 ildə hər yay baş verir: "Ermənistan və ona havadarlıq edən qüvvələr tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağdan kənardakı 7 rayonundan bir neçəsində hər ilin yayında Ermənistan ordusunun bilavasitə icraçılığı ilə yanğınlar törədilir. Zahirən təəccüblü də görünə bilər ki, niyə insan yaşamayan boş, düzənlik ərazilərdə sistemli şəkildə, həm də hər il mütləq yay vaxtı Ermənistan ordusu bu işi görür? Məsələn elə 2-3 həftə öncə işğal altındakı Ağdam rayonunda Ermənistan ordusunun törətdiyi belə yanğınlar barədə rəsmi məlumatlar yayılıb. Ermənistanın ordusunun, deməli Ermənistan dövlətinin qarşı tərəfə sanki bilavasitə ziyan verməyən, hansısa itkilərə səbəb olmayan, hərbi uğur kimi qiymətləndirilə bilməyəcək belə addımı mütəmadi şəkildə hər ilin yayında atmasının məchul səbəbi bəs nədən ibarətdir?.

Səbəb sadədir və onun ağır nəticələrinin yalnız hərbi münaqişə vəziyyətində olan 2 üzv dövlətə, yalnız Cənubi Qafqaza deyil, dünyaya təhlükələri var”. 

Diqqəti Azərbaycanın Ermənistan tərəfindən işğal olunan və beynəlxalq nəzarətdən kənarda qalan ərazilərində işğalçı dövlətin törətdiyi cinayətlərə yönəldən deputat həmin təhlükəli əməllərin ikisi – bu torpqalarda narkotiklərin yetişdirilməsi və terrorçuların yerləşdirilməsinə yönəldib: ”Ermənistan işğal altında saxladığl Azərbaycan torpaqlarını əsasən 2 məqsədlə istifadə edir. Bu nəzrətdənkənar ərazilərdə illərdir ki, terrrorçuların təlim düşərgələri yerləşdirilir və bir zamanlar azərbaycanlıların taxıl və digər kənd təsərrüfatı məhsulları yetişdirdikləri torpaqlarda indi ermənilər narkotiklər əkib-becərirlər. Hər ilin yayında növbəti məhsul toplandıqdan sonra izi itirmək məqsədi ilə o narkotik plantasiyaları yandırılır. Narkotilərdən əldə edilən çirkli pullarsa Ermənistan dövləti tərəfindən terrorizmin dəstəklənməsinə və silahlanmaya yönəldilir. Yoxsa ki, iqtisadiyyatı çox dərin böhran vəziyyətində olan, səfalət içərindəki bu ölkə silahlanmaya yönəltdiyi milyonları başqa hardan qazana bilər? Ermənistanın işğal altındakı Azərbaycan ərazilərində narkotikləri yetişdirməsi ilə bağlı məlumatlar ABŞ-nın xüsusi xidmət orqanları tərəfindən aerokosmik müşahidə və çəkilişlər zamanı təsbit edilib, rəsmi hesabatlarda da əksini tapmış acınacaqlı faktlardır". 

R.Hüseynov dünya birliyinin, o cümlədən Avropa Şurasının bu dəhşətli problemlərlə əlaqədar təxirəsalınmaz tədbirlər görməsinin vacib olduğunu vurğulayıb: “Ən acınacaqlısı budur ki, dünyada hamı terrorizmi pisləyir, narkotiklərin əkilib-becərilməsi, ticarəti və transferi ilə bağlı narahatlığını ifadə edir, amma Ermənistanın törətdiyi bu boyda dəhşətlərin bütün dəlil-sübutu ortada ola-ola buna qarşı hansısa konkret tədbirlər görməyə, həyəcan təbili çalmağa biganəlik göstərilir. Bəlkə beynəlxalq birliyə Ermənistanın ifasında terrorizm də humanist bir aksiya kimi qavranılır və narkobiznes də mədəni ticarətin məqbul şəkillərindən biri kimi qəbul edilir?! Ermənistan ordusu işğal altındakı təzə məhsulu toplanmış ərazilərdə yanğınları bu gün də törətməkdədir. Həmin alovların arxasında dayanan müdhiş həqiqətə qarşı qəti mübarizə hamının, o cümlədən Avropa Şurasının birbaşa vəzifəsidir. Məgər hərəkətə gəlmək üçün həmin alovda bilavasitə yanmağa qədər gözləmək lazımdır?”.

Son xəbərlər

Orphus sistemi