Yuxarı
    Bağlamaq

    Qorxmaz Hüseynov: "Dünya Su Şurası Ermənistanın Sərsəng su anbarından təhdid kimi istifadə etməsinə qarşıdır"

    Azərsu ASC-nin sədri: Bu təşkilatın məsələyə münasibəti birmənalıdır© Report.az

    Bakı. 17 mart. REPORT.AZ/ "Ümumdünya Su Şurası insanlıq üçün, həyat üçün təhlükəli olan bütün təhdidlərə qarşıdır".

    "Report" xəbər verir, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Ermənistanın Sərsəng su anbarından təhdid vasitəsi kimi istifadə etməsinə münasibət bildirərkən deyib.

    Q.Hüseynov dəfələrlə beynəlxalq tədbirlərdə bu məsələnin qaldırıldığını bildirib: "Beynəlxalq tədbirlərdə bir neçə dəfə bu məsələni qaldırmışıq. Hətta ötən il Cənubi Koreyada keçirilən Dünya Su Forumunda da çıxış edərkən Ermənistanın Sərsəng su anbarından təhdid kimi istifadə etdiyini demişəm. Dünya Su Şurasının bu məsələyə münasibəti birmənalıdır. Bu təşkilat insanlıq əleyhinə olan bütün təhdidlərə qarşıdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi