Qorxmaz Hüseynov: "Dünya Su Şurası Ermənistanın Sərsəng su anbarından təhdid kimi istifadə etməsinə qarşıdır"

Qorxmaz Hüseynov: "Dünya Su Şurası Ermənistanın Sərsəng su anbarından təhdid kimi istifadə etməsinə qarşıdır" "Azərsu" ASC-nin sədri: "Bu təşkilatın məsələyə münasibəti birmənalıdır"
Qarabağ
17 Mart , 2017 10:09
Qorxmaz Hüseynov: Dünya Su Şurası Ermənistanın Sərsəng su anbarından təhdid kimi istifadə etməsinə qarşıdır
Report.az

Bakı. 17 mart. REPORT.AZ/ "Ümumdünya Su Şurası insanlıq üçün, həyat üçün təhlükəli olan bütün təhdidlərə qarşıdır".

"Report" xəbər verir, bunu "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Ermənistanın Sərsəng su anbarından təhdid vasitəsi kimi istifadə etməsinə münasibət bildirərkən deyib.

Q.Hüseynov dəfələrlə beynəlxalq tədbirlərdə bu məsələnin qaldırıldığını bildirib: "Beynəlxalq tədbirlərdə bir neçə dəfə bu məsələni qaldırmışıq. Hətta ötən il Cənubi Koreyada keçirilən Dünya Su Forumunda da çıxış edərkən Ermənistanın Sərsəng su anbarından təhdid kimi istifadə etdiyini demişəm. Dünya Su Şurasının bu məsələyə münasibəti birmənalıdır. Bu təşkilat insanlıq əleyhinə olan bütün təhdidlərə qarşıdır".

Son xəbərlər

Orphus sistemi