Yuxarı
    Bağlamaq

    ​Qazaxıstan və Rusiya prezidentləri Dağlıq Qarabağ məsələsini yenə müzakirə ediblər

    Aprelin 6-da onlar arasında məsələyə dair telefon danışığı olub

    Bakı. 8 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə Dağlıq Qarabağ ətrafında baş verənləri yenidən müzakirə edib.

    "Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    Məlumata görə, onlar son günlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla apardıqları telefon danışığının nəticəsini də müzakirə ediblər.

    Qeyd edək ki, aprelin 6-da V.Putinlə N.Nazarbayev arasında məsələyə dair telefon danışığı olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi