Bakı. 8 aprel. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə Dağlıq Qarabağ ətrafında baş verənləri yenidən müzakirə edib.
"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, onlar son günlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyanla apardıqları telefon danışığının nəticəsini də müzakirə ediblər.
Qeyd edək ki, aprelin 6-da V.Putinlə N.Nazarbayev arasında məsələyə dair telefon danışığı olub.