Yuxarı
    Bağlamaq

    Politoloq: ​"Qarabağ mallarının Ermənistan üzərindən AİB bazarına çıxmaması haqda öhdəlik var"

    Səfirliklərimiz məsələ ilə bağlı monitorinq aparmalıdır

    Bakı. 19 dekabr. REPORT.AZ/ "Əgər gələcəkdə bilinsə ki, Qarabağ malları da Ermənistan üzərindən Avrasiya İqtisadi Birliyi (AİB) bazarına daşınır, o zaman Azərbaycan diplomatiyası bizə müttəfiq sayılan Belarus və Qazaxıstan qarşısında Ermənistanın verdiyi vədlərə əməl etməsi ilə bağlı məsələ qaldırmalıdır. Bunu "Report"a "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib.

    "Belarus və Qazaxıstan prezidentləri əvvəllər də bu məsələni qaldırmışdı. Onlar bildirmişdi ki, Ermənistan AİB-ə və Gömrük İttifaqına üzv olarsa, onda Azərbaycanın da maraqları nəzərə alınmalıdır. Qazaxıstan və Belarusun Azərbaycanla iqtisadi əlaqələri var. Bir çox məsələlərdə maraqlarımız üst-üstə düşür. Həmin ölkələrin parlamentləri bu məsələni ratifikasiya edib və birmənalı olaraq Ermənistana bildirilib ki, Qarabağ ərazisi məsələdən kənarda qalmalıdır", - politoloq deyib. 

    Xatırladaq ki, Ermənistanın AİB-ə daxil olması ilə bağlı qərarı Belarus və Qazaxıstan parlamentləri ratifikasiya edib.

    E.Şahinoğlu qeyd edib ki, indi də Qarabağ malları həmin quruma üzv olmayan Ermənistan üzərindən Rusiyaya, o cümlədən Mokvaya daşınır: "Düzdür, zaman-zaman bu məsələnin qarşısının alınmasına çalışılır. Bundan başqa, Ermənistan bizi təhrik edir və çalışır ki, Rusiya, Qazaxıstan və Belarusla münasibətlərimiz gərginləşsin. Odur ki, həmin ölkələrdəki səfirliklərimiz bu məsələ ilə bağlı montorinq aparmalıdır. İnanıram ki, Qazaxıstan və Belarus bu məsələyə həssas yanaşacaq".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi