Yuxarı
    Bağlamaq

    Prezident: "Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həlli istiqamətində səylərinə görə İrana minnətdarlq"

    Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır

    Bakı. 5 mart. REPORT.AZ/ "İranla siyasi əlaqələrimiz yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyirik".

    "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Tehranda iranlı həmkarı Həsən Ruhani ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

    "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında həll olunması istiqamətində səylərinə görə İrana minnətdarlığımızı bildiririk. Bu mövqe beynəlxalq prinsiplərə, qanuna və ədalətə əsaslanır. Hər bir ölkənin ərazi bütövlüyü toxunulmazdır", - deyə dövlət başçısı söyləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi