Yuxarı

Perunun nüfuzlu qəzetlərinin birində Qarabağdakı son vəziyyətlə bağlı məqalə dərc olunub

Məqalədə atəşkəsin pozulması ilə vəziyyətin gərginləşməsi nəticəsində əsgər və mülki şəxslərin həlak olduğu əks edilib

Bakı. 11 aprel. REPORT.AZ/ Perunun ən nüfuzlu qəzetlərindən biri olan "El Peruano" qəzetində Ermənistan tərəfindən işğal edilmiş torpaqlarda son hadisələrə həsr olunmuş “Azərbaycana qarşı təcavüz” adlı məqalə dərc edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən "Report"a verilən məlumata görə, məqalədə Ermənistan tərəfindən cari ilin 2 aprel tarixində atəşkəs rejiminin 127 dəfə pozulduğundan və beləliklə qoşunların təmas xəttində vəziyyəti gərginləşdirdiyindən bəhs olunur.

Ermənistanın bu hərəkətinə cavab olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorunması və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin lazımi tədbirlər gördüyü qeyd edilir.

Atəşkəsin pozulması ilə vəziyyətin gərginləşməsi nəticəsində əsgər və mülki şəxslərin həlak olduğu, fərdi mülkiyyətə xeyli ziyan dəydiyi məqalədə əks olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi