​Penitensiar xidmətdə Xocalı qurbanlarının xatirəsi anılıb

​Penitensiar xidmətdə Xocalı qurbanlarının xatirəsi anılıb Anım mərasimi Xocalı hadisələrinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb
Qarabağ
26 Fevral , 2016 17:37
​Penitensiar xidmətdə Xocalı qurbanlarının xatirəsi anılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin baş idarəsində və xidmətin tabe müəssisələrində faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirilib.

Bu barədə "Report"a xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Tədbirlərdə erməni qəsbkarlarının azərbaycanlılara qarşı əsrlər boyu həyata keçirdiyi etnik təmizləmə siyasətindən, ümummilli lider Heydər Əliyevin böyük səyi sayəsində öz düzgün siyasi-hüquqi qiymətini almış və Heydər Əliyev Fondunun "Xocalıya ədalət" kampaniyasını uğurla davam etdirməsinin nəticəsi olaraq dünya ictimaiyyəti tərəfindən bəşəri cinayət kimi tanınmış Xocalı soyqırımının ağır nəticələrindən, Prezident İlham Əliyevin iştirak etdiyi bütün tədbirlərdə faciə ilə bağlı tarixi həqiqətlərin beynəlxalq aləmə çatdırılmasında gördüyü genişmiqyaslı işlərdən bəhs edilib.

Anım mərasimi Xocalı hadisələrinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.


Son xəbərlər

Orphus sistemi