Yuxarı
    Bağlamaq

    Pakistan Senatı ermənilərin Dağlıq Qarabağda keçirdikləri qanunsuz “seçkilər”i pisləyib

    Senatın bəyanatında qeyd olunub ki, bu seçkilər Ermənistanın cinayətlərini legitimləşdirmək cəhdidir

    Bakı. 15 sentyabr. REPORT.AZ/ Pakistan İslam Respublikası Senatının Müdafiə məsələləri üzrə Daimi Komitəsi Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma rejimin “özünüidarəetmə orqanları”na sentyabrın 13-də keçirilən qanunsuz “seçkilər”lə bağlı etiraz bəyanatı yayıb.

    Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

    Bəyanatda Ermənistanın işğalçılıq siyasəti qəti şəkildə pislənilib, ermənilərin zəbt etdikləri torpaqlarda keçirilən qanunsuz “seçkilərin” beynəlxalq hüquq normalarına və sülh prosesinə zidd olduğu vurğulanıb, habelə bu, Ermənistanın cinayətlərini legitimləşdirmək cəhdi kimi qiymətləndirilib.

    Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörməti bir daha təsdiq edən bəyanatda, həmçinin münaqişənin davamlı və uzunmüddətli həll yolunun BMT Təhlükəsizlik Şurasının qətnamələrində də təsbit olunduğu kimi, Ermənistan silahlı qüvvələrinin dərhal, tamamilə və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması olduğu qeyd edilib.

    Qeyd edək ki, Pakistan Senatının komitələrində qəbul olunan qətnamələr, qərarlar və verilən bəyanatlar Pakistan İslam Respublikası Senatın mövqeyi hesab olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi