Yuxarı
    Bağlamaq

    PA nümayəndəsi: “Xocalı soyqırımı ən ağır cinayətlərdən biridir”

    “Bu cinayəti Ermənistanda olan siyasi rəhbərlik edib”

    Bakı. 10 fevral. REPORT.AZ/ “Öz səsimizi qaldırmışıq, ermənilərin Azərbaycana qarşı etdikləri ilə bağlı daim beynəlxalq ictimaiyyəti məlumatlandırmışıq. Azərbaycan bu sahədə iş aparır”.

    “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev Milli Məclisdə keçirilən “Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında” qanun layihəsinin təqdimat mərasimində deyib.

    O qeyd edib ki, Xocalı soyqırımı ən ağır cinayətlərdən biridir: “Azərbaycan dövləti siyasi iş, informasiya mübarizəsi aparır. Bu məsələyə hüquqi qiymət verilməyib. Yəni, bu iş bu gün də aktuallığını saxlayır. Ermənilərin Azərbaycana qarşı törətdikləri, o cümlədən Xocalı faciəsində baş verənlərin bütün dünyaya çatdırılması hər bir vətəndaşın, dövlət qurumunun qarşısında duran əsas məsələdir. Xocalı soyqırımı sülh və insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilir. Çalışmalıyıq ki, hüquqi müstəvidə mübarizə aparaq, haqq səsimizi dünyaya çatdıraq. Hərbi Prokurorluqda bununla bağlı cinayət işi başlanıb, iş davam etdirilir. Cinayətkarlar məlumdur, onlar İnterpol xətti ilə axtarışa verilib. Bu cinayəti Ermənistanda olan siyasi rəhbərlik edib, onlar heç bunu gizlətmirlər də”.

    Ə.Mehdiyev xatırladıb ki, bir sıra dövlətlətlər Xocalı soyqırımını tanıyıb: “Bu informasiya mübarizəsi sahəsində aparılan işin nəticəsidir. Xeyli uğurlar qazanmışıq, amma təcrübə göstərir ki, bu, mübarizədə qalib çıxmaq üçün, torpaqların işğaldan azad edilməsi üçün kifayət etmir”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi