Bakı. 27 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş başlayıb.
Bu barədə "Report" Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.