Yuxarı

​Nikita Mixalkov: "Qriboyedov erməniləri Qarabağda məskunlaşdırdı"

Biz hərbi əməliyyatlarla bağlı Qriboyedov haqqında filmi çəkə bilmədik

Bakı. 27 yanvar. REPORT.AZ/ "Qriboyedov Qarabağa erməni ailələrini məskunlaşdırıb, 40 min erməni İrandan əsirlikdən çıxarılaraq Qarabağa yerləşdirilib".

"Report" xəbər verir ki, bu barədə məşhur kinorejissor "İTAR-TASS" agentliyinə müsahibəsində Qriboyedov haqqında filmin çəkilməsi planları ilə bağlı deyib.

Onun sözlərinə görə, filmin ssenarisi 1985-ci ildə yazılıb. Onun müəllifləri Aleksandr Adabaşyan, Yuri Loşits, İrakli Kvirikadze və Nikita Mixalkov özüdür: "Bu, zənnimcə, çox yaxşı bir ssenaridir. Qriboyedovun həyatı və onun faciəvi ölümü. Burada çoxlu tarixi faktlar və yeni kəşflər var və bu gün də olduqca aktualdır. Biz sübut elədik ki, bu qətl müsəlmanlar tərəfindən deyil, ingilislərin soyuqqanlıqla törətdiyi cinayətdir. Qriboyedov onlara İpək Yolunda mane olurdu. Onu zəif cəhətlərindən məharətlə istifadə edərək qətlə yetirdilər. O, çox dahi və ağıllı adam idi, lakin onun da zəif cəhətləri var idi".

Rejissor əlavə edib ki, filmin çəkilişi Qarabağdakı hadisələrlə əlaqədar dayandırıldı: "Biz hərbi əməliyyatlarla baglı Qriboyedov haqqında filmi çəkə bilmədik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi