Yuxarı

Neftçalada şəhid gizirin medalı ailəsinə təqdim edilib - FOTO

Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində düşmən təxribatının qarşısını alarkən  şəhid olub

Bakı. 13 may. REPORT.AZ/ Neftçala rayonunda şəhid gizirin 40 mərasimində təltif olunduğu medal ailəsinə təqdim edilib. "Report" xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin (RİH), Müdafiə Nazirliyinin (MN) rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Mərasimdə Azərbaycan Ordusunun şəhid olan 22 yaşlı giziri Elmdar Səfərovun qısa, lakin şərəfli ömür yolundan danışılıb. Bildirilib ki, Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində gedən qısamüddətli döyüşlərdə əsl qəhrəmanlıq göstərib və ölümü ilə Vətənə layiq övlad olduğunu bir daha təsdiqləyib. 

Sonra şəhid gizirin məzarı ziyarət olunub. Prezidentin sərəncamı ilə şəhidin təltif olunduğu "3-cü dərəcəli xidmətə görə" medalı anasına təqdim edilib.

Qeyd edək ki, şəhid gizir Elmdar Səfərov bu il aprelin əvvəlində təmas xəttində düşmən təxribatının qarşısını alarkən şəhid olub. Onun cənazəsi doğulduğu Neftçalanın Aşağı Qaramanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi