Yuxarı
    Bağlamaq

    NATO ofisinin zabit-koordinatoru: "Dağlıq Qarabağ münaqişəsinin qızışması bütün regiona təsir göstərə bilər"

    Lahyu: NATO danışıqların ATƏT-in Minsk qrupu formatında davam etdirilməsinin tərəfdarıdır

    Bakı. 4 aprel. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması bütün regiona təsir edə bilər".

    "Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz ofisinin zabit-koordinatoru Uilyam Lahyu jurnalistlərə açıqlamasında deyib.

    "Münaqişə təkcə bilavasitə onun iştirakçılarına yox, ətrafdakılara da ziyan vurur", - deyə U.Lahyu bildirib.

    O, Şimali Atlantika Alyansı rəhbərliyinin artıq vəziyyətin gərginləşməsindən narahatlığını ifadə etdiyini xatırladıb.

    U.Lahyunun sözlərinə görə, NATO danışıqların ATƏT-in Minsk qrupu formatında davam etdirilməsinin tərəfdarıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi