Yuxarı
    Bağlamaq

    NATO-nun baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur

    Yens Stoltenberq: Münaqişənin gərginləşməsindən çəkinmək üçün atılan addımları alqışlayırıq© AP Photo / Efrem Lukatsky

    Bakı. 23 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur."

    "Report"un məlumatına görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

    O bildirib, münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür və bu prosesdə NATO hansısa fəal rol oynamır.

    "Biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Sevinirik ki, prezidentlər dialoqu bərpa ediblər. Münaqişənin gərginləşməsindən çəkinmək üçün atılan addımları alqışlayırıq", - Y.Stoltenberq deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi