NATO-nun baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur

NATO-nun baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur Yens Stoltenberq: "Münaqişənin gərginləşməsindən çəkinmək üçün atılan addımları alqışlayırıq"
Qarabağ
23 Noyabr , 2017 13:01
NATO-nun baş katibi: Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur
AP Photo / Efrem Lukatsky

Bakı. 23 noyabr. REPORT.AZ/ "Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur."

"Report"un məlumatına görə, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib, münaqişənin həlli yalnız sülh yolu ilə mümkündür və bu prosesdə NATO hansısa fəal rol oynamır.

"Biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Sevinirik ki, prezidentlər dialoqu bərpa ediblər. Münaqişənin gərginləşməsindən çəkinmək üçün atılan addımları alqışlayırıq", - Y.Stoltenberq deyib.

Son xəbərlər

Orphus sistemi