Yuxarı

NATO nümayəndəsi: "Tərəflər münaqişənin diplomatik həllini dəstəkləməlidirlər"

Təşkilatın baş katibinin xüsusi nümayəndəsi Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentə görə narahatdır

Bakı. 13 noyabr. REPORT.AZ/ NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Jeyms Appaturay Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində noyabr ayının 12-də baş verən insidentlə bağlı narahatlığını bildirib. 

"Report" xəbər verir ki, J.Appaturay insidentin səbəblərindən asılı olmayaraq, tərəfləri təmkinli davranmağa və münaqişəni diplomatik yolla həll etməyə çağırıb.  

Qeyd edək ki, hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, noyabrın12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək Azərbaycan mövqelərinə hücum edib. Azərbaycan qoşunları tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi