Uilyam Lahyu: "NATO Dağlıq Qarabağda vəziyyətin eskalasiyasından narahatdır"

Uilyam Lahyu: "NATO Dağlıq Qarabağda vəziyyətin eskalasiyasından narahatdır" Alyans münaqişənin sülh yolu ilə həllini və Minsk prosesini dəstəkləyir
Qarabağ
9 Dekabr , 2016 15:29
Uilyam Lahyu: NATO Dağlıq Qarabağda vəziyyətin eskalasiyasından narahatdır

Bakı. 9 dekabr. REPORT.AZ/ "NATO Dağlıq Qarabağda vəziyyətin eskalasiyasından hər zaman narahatdır. Alyans münaqişənin sülh yolu ilə həllini və Minsk prosesini dəstəkləyir".

"Report"un məlumatına görə bunu jurnalistlərə açıqlamasında NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici ofisinin rəhbəri Uilyam Lahyu son günlər ermənilərin təmas xəttində gərginliyin artmasının cəhdlərini şərh edərkən deyib.

Onun fikrincə, anlaşma əldə etmək münaqişəyə cəlb olunmuş ölkələrdən asılıdır.

U.Lahyu Rusiya ilə Ermənistan arasında vahid silahlı qüvvələrin yaradılmasını və bunun NATO-ya təhlükə yaradıb-yaratmayacağı ilə bağlı suala cavab verərkən bildirib ki, Ermənistan suveren ölkədir və qonşuları ilə necə münasibət qurmaq onların öz qərarıdır: "NATO bütün ölkələrin suverenliyinə hörmətlə yanaşır. Hər bir ölkənin öz xarici təhlükəsizliyi və xarici əlaqələri ilə bağlı qərar vermək hüququ var".

Son xəbərlər

Orphus sistemi