Yuxarı
    Bağlamaq

    Müdafiə naziri Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışında iştirak edib

    Bakı. 19 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun hərbi hissələrində tikinti-quruculuq işləri davam etdirilir.

    Müdafiə Nazirliyindən "Report"a verilən məlumata görə, iyunun 19-da Müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yeni inşa edilən Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edərək ərazidəki qərargah, döyüş texnikaları üçün saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra meydanı və digər obyektlərlə tanış olub. Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları bir daha xatırladan Müdafiə naziri Ordumuza göstərilən diqqət və qayğının nəticəsi olaraq əldə edilən uğurları da xüsusi vurğulayıb.

    General-polkovnik Z.Həsənov Raket və Artilleriya Qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

    Sonda şəxsi heyətlə birlikdə nahar edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi