Yuxarı

Müdafiə Nazirliyi "LifeNyus" telekanalının təxribat xarakterli tele-süjetinə dair bəyanat yayıb

Hər hansı niyyətlə, Azərbaycan ərazisinə keçməyə cəhd edən terror təşkilatı üzvləri məsuliyyətə cəlb ediləcəklər

Bakı. 5 aprel. REPORT.AZ/ Uğursuzluğa düçar olan və məğlubiyyətlə qarşılaşan Ermənistanın hərbi və siyasi rəhbərliyi anti-Azərbaycan niyyətli xarici KİV-in də fəaliyyətindən bəhrələnərək ölkəmiz haqqında təxribat xarakterli, guya Suriyada İŞİD terrorçu təşkilatının tərkibində fəaliyyət göstərən azərbaycanlıların Qarabağda ermənilərə qarşı hərbi əməliyyatlarda iştirak etmək məqsədilə Türkiyə ərazisindən keçərək Azərbaycana gəlmələri barədə yaydıqları məlumatlar tamamilə əsassızdır və dezinformasiyadır.

"Report" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

"Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi-texniki imkanları və potensialı ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və toxunulmazlığının yüksək səviyyədə təmin edilməsi üçün tam yetərlidir. Bir daha bildiririk ki, istənilən terror təşkilatının fəaliyyəti onun üzvlərinin milli, dini və digər mənsubiyyətindən asılı olmayaraq, beynəlxalq sülh və təhlükəsizliyə, eləcə də milli təhlükəsizliyə ciddi təhdiddir. Hər hansı niyyətlə, Azərbaycan Respublikasının ərazisinə keçməyə cəhd edən terror təşkilatı üzvləri müəyyən edilərək məsuliyyətə cəlb ediləcəklər", - məlumatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi