Müdafiə Nazirliyi: Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq

Müdafiə Nazirliyi: Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq Rəsmi Bakı Ermənistanın müdafiə nazirinin münaqişədə güzəştə getməmək mülahizələrinə münasibət bildirib
Qarabağ
24 Aprel , 2016 16:28
Müdafiə Nazirliyi: Hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq

Bakı. 24 aprel. REPORT.AZ/ Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın münaqişənin həlli ilə bağlı Azərbaycana güzəştə getməmək mülahizələrinə münasibət bildirib.

Nazirlikdən "Report"a verilən məlumatda bildirilir ki, "S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq".

“S.Ohanyanın bizə güzəştə getməyəcəyi haqqında düşündüyü hər qarış Azərbaycan torpağı erməni əsgərlərinin qanı tökülməklə azad olunacaq.

Münaqişənin sülh yolu ilə yeganə həlli isə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdən birdəfəlik və qeyd-şərtsiz çıxarılmasındadır.

Əks təqdirdə Azərbaycan xalqının təkidi, Ali Baş Komandanın əmri və Ordumuzun qüdrəti ilə işğal olunmuş torpaqlarımız düşməndən azad ediləcək, ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunacaqdır”, - deyə açıqlamada bildirilir.

Son xəbərlər

Orphus sistemi