Yuxarı

Məruzəçi: "ATƏT Cənubi Qafqaz regionunda sabitliyə nail olmaq üçün daha çox şey edə bilər"

Marqaret Sederfelt: Bu məqsədlə müəyyən addımlar atılıb

Bakı. 2 iyul. REPORT.AZ/ "ATƏT Dağlıq Qarabağ münaqişəsində sabitliyə nail olmaq üçün araşdırma mexanizmindən istifadə etməlidir".

"Report" xəbər verir ki, bunu ATƏT-in Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin məruzəçisi xanım Marqaret Sederfelt iyulun 2-də Tbilisidə keçirilmiş iclasda deyib.

O, ATƏT-in Cənubi Qafqaz regionunda sabitliyə nail olmaq üçün müəyyən addımlar atdığını bildirib: "Bu məqsədə nail olmaq üçün daha çox şey edə bilərik".

M.Sederfelt ATƏT regionunda digər münaqişələrə, eləcə də münaqişələr zamanı qadınların üzləşdiyi problemlərə toxunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi