Mehmet Perinçek: "Cənubi Qafqazda münaqişələrin həlli yalnız Türkiyə, Rusiya və İranın səylərini birləşdirməsi halında mümkündür"

Mehmet Perinçek: "Cənubi Qafqazda münaqişələrin həlli yalnız Türkiyə, Rusiya və İranın səylərini birləşdirməsi halında mümkündür" "Türkiyə, Rusiya və İran arasında yaxınlaşmanın olması zərurətdir"
Qarabağ
14 Mart , 2017 17:35
Mehmet Perinçek: Cənubi Qafqazda münaqişələrin həlli yalnız Türkiyə, Rusiya və İranın səylərini birləşdirməsi halında mümkündür

Bakı. 14 mart. REPORT.AZ/ "Türkiyə, Rusiya və İran Qərbin Cənubi Qafqaza təsirini azaltmaq məqsədilə birləşməlidir".

Bunu "Report"a açıqlamasında türkiyəli politoloq, tarixçi Mehmet Perinçek deyib.

"Məncə, Türkiyə, Rusiya və İran arasında yaxınlaşmanın olması zərurətdir. Cənubi Qafqaz regionunda münaqişələrin həlli yalnız bu ölkələrin səylərini birləşdirməsi halında mümkündür. Qərb ölkələri regionda sabitliyi pozmağa çalışdığından Türkiyə, Rusiya və İran belə səylərinin qarşısını almaq məqsədilə birləşməlidir" - M.Perinçek bildirib.

Onun sözlərinə görə, Suriya münaqişəsi üzrə Rusiya, Türkiyə və İran arasındakı əməkdaşlıq Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əhəmiyyətli nümunədir. 

Son xəbərlər

Orphus sistemi