Yuxarı

​Lyubov Kazarnovskaya Azərbaycan hökumətinin qərarına münasibət bildirib

Monserrat Kabalye ilə eyni siyahıda olmağımla fəxr edirəm

Bakı. 7 İyul. REPORT.AZ/ Azərbaycan hökuməti tərəfindən arzuolunmaz şəxs elan edilən rusiyalı opera müğənnisi Lyubov Kazarnovskaya bununla bağlı fikirlərini bölüşüb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, Kazarnovskaya İspaniyanın görkəmli opera müğənnisi Monserrat Kabalye ilə eyni siyahıda olmasından məmnunluğunu ifadə edib.

Bundan əlavə, o, Azərbaycana girişinin qadağan olunmasından qətiyyən məyus olmadığını və separatçı rejim ilə həmrəyliyini bildirib:

"Mən Monserrat Kabalye ilə eyni siyahıdayam, bununla çox fəxr edirəm. Çünki, mənim özümlə stajçıları gətirdiyim Dağlıq Qarabağ heyranedici yerdir. Mən buna görə narahat deyiləm. Qarabağda insanlar müharibəyə deyil, sülhə kökləniblər".

Xarici İşlər Nazirliyinin rəsmisi Hikmət Hacıyev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanın icazəsi olmadan Ermənistanın işğalı altında olan Xankəndinə səfər etdiyi üçün rusiyalı opera müğənnisi Lyubov Kazarnovskayanın adı arzuolunmaz şəxslər siyahısına salınacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi