Yuxarı

Londonda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq

Ceyms Uorlik Böyük Britaniyanın Xarici İşlər Nazirliyində görüşlər keçirəcək

Bakı. 12 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması haqqında Londonda müzakirələr aparacaq.

"Report"un məlumatına görə, o, bu barədə şəxsi "twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyində məsləhətləşmələr həyata keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi