Bakı. 12 yanvar. REPORT.AZ/ ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması haqqında Londonda müzakirələr aparacaq.
"Report"un məlumatına görə, o, bu barədə şəxsi "twitter" səhifəsində yazıb.
Onun sözlərinə görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyində məsləhətləşmələr həyata keçirəcək.