Litvada Qarabağ həqiqətləri ilə bağlı kitabın təqdimatı olub

Litvada Qarabağ həqiqətləri ilə bağlı kitabın təqdimatı olub Müəllif kitabın yazılmasında rus, ingilis və gürcü mənbələrindən istifadə edib
Qarabağ
3 İyun , 2016 13:07
Litvada Qarabağ həqiqətləri ilə bağlı kitabın təqdimatı olub

Bakı. 3 iyun. REPORT.AZ/ Litvada tarixçi-alim Alqimantas Liyekisin “Millətlərin Qafqaza köçü: XX əsr” adlı kitabının təqdimatı olub. 

Bu barədə "Report"a Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.  

Edukologiya Universitetinin rektoru Alqirdas Qaijutis bildirib ki, bu cür tədbirin keçirilməsində məqsəd həqiqətin axtarılması üçün bir fürsətdir.

Səfir Həsən Məmmədzadə Litva tarixçisinin təkcə Ermənistan deyil, digər mümkün mənbələrdən də istifadə edərək, Azərbaycan və Ermənistan tarixi ilə maraqlanmağa başlamasının vacibliyini vurğulayıb.

Kitabın müəllifi Alqimantas Liyekis Dağlıq Qarabağ münaqişəsi ilə necə maraqlanmağa başladığı və kitabın yazılma prosesi haqqında danışıb. Müəllif kitabın yazılmasında rus, ingilis və gürcü mənbələrindən istifadə etdiyini bildirib. 

Digər natiqlər də müəllifin arxiv materiallarından istifadə edərək, oxucular üçün zəruri, həqiqi faktlara əsaslanan bir kitabı ərsəyə gətirməsini yüksək qiymətləndiriblər.

Son xəbərlər

Orphus sistemi