Yuxarı

Lidinqton: "Dağlıq Qarabağ münaqişəsi ilk növbədə insan faciəsidir"

Dünyanın bu regionunda sabitlik məsələsi bütün Avropa ölkələrində narahatlıq doğurur

Bakı. 5 noyabr. REPORT.AZ/ "Artıq 20 ildir ki, davam edən Dağlıq Qarabağ münaqişəsi ilk növbədə insan faciəsidir".

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton bildirib. 

Nazir qeyd edib ki, bu gün səfər çərçivəsində o, işğal olunan əsazilərdəki evlərinə qayıda bilməyən məcburi köçkünlərlə görüşüb. 

"Ölüm halları təmas xəttinin hər iki tərəfində baş verir" - deyə, Lidinqton vurğulayıb. 

"Dünyanın bu regionunda sabitlik məsələsi bütün Avropa ölkələrində narahatlıq doğurur".

Nazir bildirib ki, ölkələr bu münaqişəni həll etmək üçün bütün səyləri fəallaşdırmalıdırlar.

Nazir ATƏT-in Minsk qrupunun səylərini dəstəkləmək zərurətini və münaqişə tərəflərinin xalqları arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi