Lavrov: "Rusiya Qarabağ münaqişəsinin tərəflərini ümumi məxrəcə gətirməyə çalışır" - ƏLAVƏ OLUNUB

Lavrov: "Rusiya Qarabağ münaqişəsinin tərəflərini ümumi məxrəcə gətirməyə çalışır" - ƏLAVƏ OLUNUB "Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ və Fransa ilə birlikdə nizamlama üçün şərait yaradılması məqsədi ilə hər şeyi edir"
Qarabağ
15 Yanvar , 2018 12:27
Lavrov: Rusiya Qarabağ münaqişəsinin tərəflərini ümumi məxrəcə gətirməyə çalışır - ƏLAVƏ OLUNUB
Rusiyanın xarici işlər naziri Sergey Lavrov / Report/ Firi Salim

Bakı. 15 yanvar. REPORT.AZ/ "Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi, ABŞ və Fransa ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına şərait yaradılması məqsədi ilə hər şeyi edir".

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Rusiya Federasiyasının konkret planları ola bilməz, çünki problemi yalnız tərəflərin özləri həll edə bilərlər. Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrləri kimi belə nizamlama üçün şərait yaratmaq baxımından əlindən gələn hər şeyi edir", - S.Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Rusiya danışıqlar prosesində münaqişə tərəflərini ortaq məxrəcə gətirməyə çalışır.

"Biz tərəflərin bütün mövqelərini ümumiləşdirərək böhranın, nizamlanmanın bu və ya digər aspekti üzrə hər iki tərəfə uyğun yanaşmalar təklif etməyə, eyni zamanda, tərəflərin hələ də fikir ayrılığı yaşadığı məsələlər üzrə müəyyən kompromisin əldə oluna biləcək aspektlərdə ortaq məxrəcə gəlməsi üçün son illərdə intensiv səylər göstərdik", - Rusiyanın xarici işlər naziri söyləyib.

****

Nazir bildirib ki, həmsədrlərin bütün təklifləri tərəflərin diqqətinə çatdırılıb: "Tərəflər həmsədrlərin nələr düşündüklərini bilirlər, amma həll məsələsi sırf onların özündən asılıdır. Biz də hər iki tərəfdən hansısa müsbət təkan olacağını gözləyirik".

"Hesab edirəm ki, təmas xəttində sakitliyi qorumaq üçün əlavə addımlar atmağın əhəmiyyətlidir", - nazir deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi mərhələli yanaşma tələb edir. "Bu problemi bir sənədlə birdəfəlik tam həll etmək alınmayacaq. Ona görə də hazırda mümükün olan razılıqlar və sonradan yekun həll üçün üzərində işlənməsini tələbə edən məsələlər, o cümlədən Dağlıq Qarabağın statusu əsasında mərhələli yanaşma lazımdır. Odur ki, hər şey tərəflərin özlərindən asılıdır", - S.Lavrov fikrini yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi