Klintseviç: "Rusiya Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsindən narahatdır"

Klintseviç: "Rusiya Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsindən narahatdır" "Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Danışıqlar prosesinə heç bir alternativ yoxdur"
Qarabağ
7 İyul , 2017 23:13
Klintseviç: Rusiya Ermənistanla Azərbaycan arasında münaqişənin gərginləşməsindən narahatdır

Bakı. 7 iyul. REPORT.AZ/ Rusiya hökuməti Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişənin gərginləşməsindən narahatdır.

"Report" xəbər verir ki, bunu cümə günü Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Frants Klintseviç deyib.

"Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Danışıqlar prosesinə heç bir alternativ yoxdur. Qarşılıqlı zərbələr heç nəyi həll etməyəcək, əksinə, problemi daha da dərinləşdirəcək. Ən başlıca vəzifə qısa müddətdə atəşkəsə nail olmaqdır", - deyə o qeyd edib.

Senator Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Rusiyanın da həmsədri olduğu ATƏT-in Minsk qrupunun işini fəallaşdırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi