Yuxarı
    Bağlamaq

    KİV: Ermənistan ordusunun bütöv bir bölüyü məhv edilib, 50 nəfərin aqibəti məlum deyil

    “Hərbi hissələrdən birinin əsgərləri hissəni tam olaraq tərk ediblər”

    Bakı. 2 Aprel. REPORT.AZ/ Gecə saatlarından Ermənistan və Azərbaycanın təmas xəttində vəziyyətin gərginləşməsi nəticəsində erməni ordusu işğal altında olan Cəbrayıl rayonunda çoxlu sayda itki verib. Erməni tərəfinin bütöv bir bölüyü məhv edilib, 50 nəfərin taleyi məlum deyil, tağımın hüquqşünası ölüb.

    “Report” xəbər verir ki, bu barədə yerli və Rusiya KİV-lərinə, həmçinin bilavasitə hərbi əməliyyatlar zonasında olan və döyüşlərdə iştirak edən şahidlərə istinadən Ermənistan mətbuatı məlumat yayıb.

    Məlumata görə, hərbi hissələrdən birinin əsgərləri hissəni tam olaraq tərk ediblər.

    Hadisə şahidlərindən birinin verdiyi xəbərə görə, onların olduğu ərazidə çoxlu sayda vurulmuş maşın və 6 nəfərin meyiti olub. Orada olan bütün giriş yolları intensiv artilleriya atəşinə məruz qalır. Yerli hospitaldan verilən məlumata görə, ora 12 yaralı gətirilib ki, onlardan da 5-nin vəziyyəti ağırdır.

    KİV-in məlumatına görə, Ermənistan silahlı dəstələri Ağdarə rayonunda təqribən 80 əsgərini itirib. Bu məlumatları Rusiya mətbuatı da təsdiq edir. Rusiya KİV-i bu istiqamətdə çoxlu sayda itkilərin olduğunu yazır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi