Yuxarı
    Bağlamaq

    İtkin düşən şəxslərin 564 nəfər yaxın qohumundan ağız suyu nümunəsi götürülüb

    Bakı. 17 noyabr. REPORT.AZ/ Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə bu ilin 6 ayı ərzində Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş şəxslərin yaxınlarından götürülmüş ağız suyu nümunəsi ilə bağlı statistika açıqlayıb.

    "Report" xəbər verir ki, itkin düşmüş şəxslərin 564 nəfərinin yaxınından ağız suyu nümunəsi götürülüb.

    Qeyd edək ki, ağız suyu nümunəsi itkin düşmüş şəxslərin yaxınlarından götürülür və gələcəkdə mümkün eksqumasiya zamanı istifadə üçün saxlanılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi