Yuxarı

İSESKO-nun baş direktoru: "Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı beynəlxalq qanunların pozulmasıdır"

Əbdüləziz bin Osman əl-Tüveycri deyib: Bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır”

Bakı. 11 mart. REPORT.AZ/ "Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı beynəlxalq qanunları pozur. Bu torpaqların işğalı ilə bağlı BMT Baş Assambleyasının 4 qətnaməsi var, lakin onlar icra olunmayıb".

Bunu “Report”a açıqlamasında İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri deyib.

Baş direktor bildirib ki, onun İV Qlobal Forumundakı çıxışı da elə BMT TŞ-nin zəif tərəflərinə diqqət cəlb edilməsinə yönəlib: “İSESKO-nun erməni aqressiyası və Azərbaycanın 20% ərazilərin işğalı ilə bağlı mövqeyi ondan ibarətdir ki, bu işğal qanunsuzdur, təşkilat buna qarşı çıxır. Beynəlxalq ictimaiyyət Ermənistanı bu ərazilərdən geri çəkilməyə məcbur etməlidir. Çünki birincisi, bu, beynəlxalq qanunların pozulmasıdır, ikincisi də bu ərazilər Azərbaycanın əzəli torpaqlarıdır”.

Onun fikrincə, BMT TŞ-də islahatlar baş tutarsa, bu, Azərbaycan torpaqların işğalı ilə bağlı qəbul olunan 4 qətnamənin icra edilməsinə imkan aça bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi