Yuxarı

“İrəli” İctimai Birliyi “613 şəhid” adlı yürüş təşkil edib

Yürüşə 613 nəfər qatılıb

Bakı. 26 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 23-cü ildönümü münasibətilə “İrəli” İctimai Birliyi “613 şəhid” adlı yürüş təşkil edib. Bu barədə “Report”a təşkilatın mətbuat xidmətindən məlumat verilib.

“Azadlıq” meydanına toplaşan 613 nəfər "İrəli” üzvü oradan Xocalı abidəsinə yürüş təşkil ediblər. Tədbirin keçirilməsində əsas məqsəd Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş şəhidlərin ruhunu yad etmək, eyni zamanda ,“613” rəqəmi ilə bir daha soyqırımı dəhşətinə diqqət çəkmək olub.

İctimai Birlikdən bildirilib ki, artıq dünən axşamdan başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “facebook” və “twitter”də genişmiqyaslı sosial aksiya başladılıb. Aksiyanın əsas məqsədi “facebook” sosial şəbəkəsində izləyicilərinin sayı 10 milyondan çox olan 500-dən çox səhifədə “Xocalıya ədalət!” mesajını paylaşmaqdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi