​İran səfiri: "Dağlıq Qarabağ məsələsi Minsk Qrupu çərçivəsində müzakirə edilməli və dinc yolla tənzimlənməlidir"

​İran səfiri: "Dağlıq Qarabağ məsələsi Minsk Qrupu çərçivəsində müzakirə edilməli və dinc yolla tənzimlənməlidir" Seyid Kazim Səcadi: "Belə bir qərarın qəbul edilməsi Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərındən asılıdır"
Qarabağ
26 May , 2016 13:08
​İran səfiri: Dağlıq Qarabağ məsələsi Minsk Qrupu çərçivəsində müzakirə edilməli və dinc yolla tənzimlənməlidir

Bakı. 26 may. REPORT.AZ/ "Dağlıq Qarabağ məsələsi ATƏT-in Minsk Qrupu çərçivəsində müzakirə edilməli və dinc yolla tənzimlənməlidir".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Tehranın Yerevandakı səfiri Seyid Kazim Səcadi bu şəhərdə "Fars ədəbiyyat və tarixi" mövzusunda keçirilən elmi konfrans çərçivəsində jurnalistlərin Azərbaycanın işğal altında olan torpaqlarındakı münaqişənin tənzimlənməsi ilə bağlı suala cavab verərkən deyib.

Onun sözlərinə görə, ölkəsi həmişə Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurmaya qarşı olub.

Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi haqda söhbətlərə münasibət bildirən səfir deyib: "Belə bir qərarın qəbul edilməsi Azərbaycan və Ermənistanın yüksək vəzifəli şəxslərındən asılıdır".

Son xəbərlər

Orphus sistemi