Yuxarı
    Bağlamaq

    ​İran Azərbaycana Qarabağ münaqişəsinin həlli istiqamətində yardım və dəstəyini təklif edib

    İki ölkənin müdafiə naziri qoşunların təmas xəttində yaranmış vəziyyəti müzakirə edib

    Bakı. 3 aprel. REPORT.AZ/ Aprelin 3-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri general-mayor Hüseyn Dehqan ilə qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə ediblər.

    "Report" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, danışıqlar zamanı, general-mayor H.Dehqan İran İslam Respublikasının Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirib.

    O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif edib.

    General-polkovnik Zakir Həsənov dəstəyə görə minnətdarlığını ifadə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi