Yuxarı

İqor Popov: "Ümid edirik ki, bu ilin sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq"

Rusiyalı həmsədr: Prezidentlər görüşməyə meyillidir

Bakı. 28 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Ermənistan prezidentləri görüşməyə meyillidir. Ümid edirik ki, bu görüş ilin sonunda baş tutacaq". 

"Report" xəbər verir ki, buunu jurnalistlərə açıqlamasında ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib.  

Qeyd edək ki, ATƏT-in  Minsk qrupunun həmsədrləri regionda səfərdədir. Oktyabrın 27-də Yerevandakı görüşlərdən sonra vasitəçilər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindən keçərək, Bakıya gəlib. Səfərin əsas məqsədi Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı növbəti görüşünün təşkil etməkdi.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi