Yuxarı

​İlham Əliyev: “Öz torpağımızı heç kimə verəsi deyilik”

“Azərbaycan öz torpaqlarını müdafiə edir”

Bakı. 9 aprel. REPORT.AZ/ “Azərbaycan öz torpaqlarını müdafiə edir. Bizim başqa dövlətin torpağında gözümüz yoxdur. Öz torpağımızı da heç kimə verəsi deyilik”.

“Report”un xəbərinə görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

“Heç vaxt imkan verməyəcəyik ki, Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın.

Dəfələrlə bəyan etmişik ki, məsələ sülh yolu ilə öz həllini tapsın. Məsələnin həlli də çox sadədir. İşğal edilmiş torpaqlardan erməni silahlı birləşmələri çıxmalıdır. Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdırlar. Bundan sonra regionda sülh və təhlükəsizlik yarana bilər”, - dövlət başçısı bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi