Yuxarı

​İlham Əliyev: "Azərbaycan tezliklə Qarabağ münaqişəsinin həlli üzrə mənalı danışıqların başlanmasını gözləyir"

Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan tezliklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi, substantiv danışıqların başlanmasını gözləyir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

"Hesab edirəm ki, Vyana görüşü uğurlu görüş idi. Biz gözləyirik ki, tezliklə, vaxt itirmədən çox ciddi, vasitəçilərin dedikləri kimi substantiv, yəni, mənalı danışıqlar başlasın", - deyə dövlət başçısı bildirib.

Bununla yanaşı o qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil.

"Bu münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Başqa yol yoxdur. BMT-nin dörd qətnaməsi yerinə yetirilməlidir", - deyə Azərbaycan prezidenti əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi