Yuxarı
    Bağlamaq

    ​İğdırdakı Azərbaycan Evinin sədri: "Sərhədin açılmasına icazə verməyəcəyik"

    Sərdar Ünsal: Son günlər Türkiyədə erməni sevgisi yenidən baş qaldırıb

    Bakı. 9 sentyabr. REPORT.AZ/ "İğdırdakı Azərbyacan türkləri Türkiyə-Ermənistan sərhədinin açılmasını istəmir".

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə-Azərbaycan Dərnəkləri Dostluq Federasiyasının İğdırdakı Azərbaycan Evinin sədri Sərdar Ünsal "Hrant Dink Fondu" rəhbərlərinin sərhədin açılması üçün yerli bələdiyyə sədri ilə görüşünə münasibət bildirərkən deyib.

    "Fond "Türkiyə-Ermənistan sərhədi açılsın" deməkdənsə, ermənilər "Azərbaycan torpaqlarından çıxsın, bölgəyə sülh gəlsin" deyə bilər. O zaman biz də onlara dəstək verərik. İşğalçı Ermənistanı görməyən bu fondun rəhbərləri sərhədin açılması üçün İğdırın bələdiyyə sədri ilə görüşüblər. Onlar qeyri-hökumət təşkilatları ilə də görüşmək istəyirlər. İğdırdakı Azərbaycan türkləri olaraq, bizim əsas şərtimiz Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması, bir milyondan çox qaçqının öz yurd-yuvalarına dönməsdir",- S.Ünsal vurğulayıb. 

    Onun fikrincə, son günlər Türkiyədə erməni sevgisi yenidən baş qaldırıb: "Xalqların Demokratik Partiyasından olan müvəqqəti hökumətin naziri "ermənilər soyqırıma məruz qalıblar" deyir. İndi də "qapıları açın" söyləyirlər. Ermənistanın gözü İğdır, Qars, Van, Ərzurumdadır. Amma Azərbaycan torpaqları işğal altındaykən sərhədin açılmasına icazə verməyəcəyik". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi