Yuxarı
    Bağlamaq

    Fransa prezidenti: “Dağlıq Qarabağda qarşıdurmanın qarşısını almaq istiqamətində fəaliyyət göstərməliyik”

    “Ötən ilin aprelində baş verən dəhşətli hadisələrdən sonra problemin həlli ilə bağlı qərar qəbul edilməsi sahəsində tələsigənlik mövcuddur”

    Bakı. 10 fevral. REPORT.AZ/ “ABŞ və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupunda həmsədr ölkə olan Fransa Dağlıq Qarabağ münaqişəsinin həllin ilə bağlı xüsusi məsuliyyət daşıyır”.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland Fransadakı ermənilərin Əlaqələndirmə Şurasının illik şam yeməyində bildirib.

    “Biz tələsirik. Doğurdan da ötən il aprelin 2-4-də baş verən dəhşətli hadisələrdən sonra problemin həlli ilə bağlı qərar qəbul edilməsi sahəsində tələsigənlik mövcuddur. Demək olar ki, hər gün Qarabağda ölüm hadisəsi qeydə alınır. Beləliklə, biz qarşıdurmanın qarşısını almaq üçün fəaliyyət göstərməliyik”, - deyə Fransua Olland vurğulayıb.

    Fransa prezidenti deyib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə etmək üçün Ermənstan prezidenti Serj Sarqsyanı Parisə dəvət edib. O bildirib ki, Ermənistan rəhbəri martın 8-də Fransaya səfər edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi